AZ

Türkiyə Prezidenti: ECO nun 100 milyardlıq ticarət hədəfini genişləndirməliyik

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

"100 milyardlıq ticarət hədəfimizi daha da genişləndirməliyik. Təşkilatın iqtisadi iş birliyinin 2035 sənədi bizim üçün yol hədəfi olacaq. ECO baxışları 2035" sənədi ticari əməkdaşlığımızı genişləndirməlidir".

Sherg.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib.

Prezident əlavə edib ki, turizm məsələsində də əməkdaşlıq bizim üçün vacibdir:

"Şuşanın 2026-cı il Turizm paytaxtı seçilməsindən dolayı İlhan Əliyev başda olmaqla Azərbaycanı təbrik edirəm".

Ərdoğan regiondakı vəziyyətdən də bəhs edib:

"İsrailin mövcud hakimiyyəti bölgəmizi təhdid edir. Qəzzadakı qətlimanın dayandırılması yönündə çalışmalıyıq. İrana qarşı hücumlar qəbuledilməzidir. Tərəflər arasında atəşkəsin davamlı olmasını istəyirik. Biz nə Fələstin davasını tərk edə bilərik. Beynəlxaq cəmiyyətin maddi cəhətdən bölgə üçün əməkdaşlığını önəmlidir. Bundan başqa, əfqan xalqının dirçəlməsi üçün dəstək olmalıyıq. Geçən günlərdə Pakistanda baş verən terrora görə başsağlığı verirəm. Həmçinin ŞKTC-n prezidenti Ersin Tatarı da aramızda görməkdən məmnunan. ŞKTC ilə əlaqələri genişləndirməliyik. Üzv ölkələr idmandan mədəniyyətə, siyasətdən iqtisadiyyata ŞKTC ilə əməkdaşlığı artıracağına inanıram",

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
50
sherg.az

10Mənbələr