AZ

Əfqanıstan rəsmisi Xankəndidə çıxış etdi: Biz başqa ölkələrin daxili işlərinə müdaxilə etmirik

XANKƏNDİ, 4 iyul. TELEQRAF

"40 il davam edən münaqişədən sonra Əfqanıstan islam dövrünün ən gözəl anlarını yaşayır".

Teleqraf-ın Xankəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qəni Baradar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib.

O bildirib ki, islam qaydaları fonunda misli görülməmiş inkişaf yolu keçir:

"Əfqanıstanla islam dəyərlərinə əsaslanan əlaqələr qurulmalıdır. Ölkəmiz ərazisi bütün ölkələrlə əməkdaşlıq etməyə hazırdır. İslam əmirliyi istədiyinə nail olub. Narkotikin qeyri-qanuni dövriyyəsinin qarşısı alınıb. Ölkəmiz digər dövlətlərin daxili işlərinə müdaxilə etmir. Layaqətli qarşılı əlaqələr açığıq. Bizim üçün əsas iqtisadiyyatımızı dirçəltməkdir. Əfqanıstan müxtəlif regional əməkdaşlıq layihələrin həyata keçiirlməsində maraqlıdır. Şimal Cənub layihəsi biz tərəfdən dəstəklənir. Regional iqtisadiyyatın güclənməsi bizim maraqlarımıza uyğundur".

Nümayəndə həmçinin təşkilata üzv ölkələrə təklif edib ki, Əfqanıstan investisiya yatırsınlar:

"Əfqanıstan özünü dirçəltmək üçün daxili imkanlardan istifadə edir. Biz ECO ölkələri ilə bütün sahələrdə əməkdaşlıq etmək istəyirik. Əfqanıstan qarşılıqlı hörmətə əsaslanan, ümumi maraqlara uyğun siyasətdə maraqlıyıq. Biz konstruktiv danışıqların aparılmasını istəyirik. Əfqanıstanın imkanlarından geniş istifadə etmək olar. ECO ölkələrinin iqtisadi dəstəyi bizim üçün əhəmiyyət kəsb edir. Ölkəmiz sərmayələr üçün əlverişli şəraitə sahibdir. Mən təşkilat ölkələrini Əfqanıstana investisya qoymağa çağırıram".

Seçilən
0
31
teleqraf.com

10Mənbələr