Xankəndi, 4 iyul. TELEQRAF
Biz 18-ci sammitin Əfqanıstanda keçirilməsini təklif edirik.
Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qəni Baradar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib.
Kabil 18-ci Zirvə Görüşünə ev sahibliyi etməyə tam hazırdır. Biz bu tədbiri yüksək səviyyədə təşkil etməyə və bütün tərəfdaşları layiqincə qarşılamağa hazırıq.