Xankəndi. Trend:
Tacikistan regional enerji bazarının yaradılmasındamaraqlıdır.
Trend-inXankəndiyə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunuTacikistanın Prezidenti Emoməli Rəhmon İqtisadi ƏməkdaşlıqTəşkilatının 17-ci Zirvə-görüşü zamanı etdiyi çıxışda bildirib.
“Tacikistan İƏT-ə üzv ölkələrin enerji sistemlərininbirləşdirilməsi üzrə layihələrin gerçəkləşdirilməsini dəstəkləyir.Bu baxımdan, “CASA-1000” elektrik ötürücü xəttinin tikintisilayihəsinin həyata keçirilməsi region ölkələri üçün xüsusiəhəmiyyət daşıyır”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, yaxın günlərdə layihənin mərhələlərindənbiri başa çatdırılıb – Qırğızıstanla Tacikistan arasında 500 kV-luq“Datka–Süqd” yüksək gərginlikli elektrik xətti işə salınıb.
“Eyni zamanda, biz İƏT çərçivəsində regional enerji bazarınınformalaşdırılmasında maraqlıyıq. Bu kontekstdə regionun enerjidayanıqlılığı strategiyasının hazırlanması çox aktual məsələdir. Bucür layihələrin həyata keçirilməsi "yaşıl" enerjinin istehsalı vəixracının artmasına, ümumilikdə isə yaşıl iqtisadiyyatın təşviqinəxidmət edəcək”, – Prezident Rəhmon deyib.