AZ

Tacikistan İqƏT-in enerji davamlılığı üzrə strategiyasının hazırlanmasını təklif edib

Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm.

APA-nın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatının (İqƏT) 17-ci Zirvə görüşündə bildirib.

Tacikistan Prezidenti Prezident İlham Əliyevi İqƏT 17-ci Zirvə görüşünə sədr seçilməsi münasibətilə də təbrik edib.

O bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Enerji Davamlılığının Təmini üzrə Strategiyasının hazırlanması faydalı olardı.

Emoməli Rəhmon deyib ki, Tacikistanda elektrik enerjisinin 98 faizi təmiz enerji mənbəyindən – su elektrik stansiyalarından alınır: “Bölgəmiz iqlim dəyişikliklərinə həssasdır, sel və daşqınlar ölkələrin iqtisadiyyatına böyük zərər vurub. Ona görə də zərərlərin aradan qaldırılmasına xüsusi diqqət ayrılmalıdır. Eyni zamanda, su mənbəyi olan buzlaqların qorunması sahəsində səyləri birləşdirməliyik. Təcrübə və texnologiya mübadiləsi çərçivəsində bu sahədə uğurlara nail olacağımıza inanıram”.

Emoməli Rəhmon qeyd edib ki, ölkələr arasında humanitar sahədə də əməkdaşlıq genişləndirilməlidir.

Seçilən
4
5
apa.az

10Mənbələr