Sherg.az saytına istinadən ain.az xəbər verir.
İqtisadi Əməkdaşlıq Təşkilatı çoxtərəfli əməkdaşlığın inkişafında mühüm platforma rolunu oynaya bilər.
Sherg.az xəbər verir ki, bunu Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini-xarici işlər naziri Rəşid Meredov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.
“Türkmənistan ECO daxilində xüsusi investisiya mexanizminin yaradılmasını təklif edir. Türkmənistan qarşılıqlı ticarətin inkişafı üçün ECO daxilində Ticarət və Sənaye Palatalarının Şurasının yaradılmasını vacib sayır. Ticarət palatalarının rəqəmsal platformasının qurulmasını, keyfiyyət sertifikatlarının qarşılıqlı tanınması mexanizminin formalaşdırılmasını təklif edir. Türkmənistan sərhədyanı azad ticarət zonalarının yaradılmasının da tərəfdarıdır. İqtisadi inteqrasiya xalqlarımız arasında humanitar əlaqələrin genişləndirilməsi ilə müşahidə olunmalıdır”, - o qeyd edib.
Türkmənistan XİN başçısı qeyd edib ki, ECO aparıcı inteqrasiya təşkilatlarından birinə çevrilmək üçün zəngin potensiala malikdir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.