AZ

Məsud Pezeşkian: ECO-ya üzv ölkələrin HƏDƏFİ BUDUR

Yazını böyüt
Yazını kiçilt

"İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələr arasında azad ticarət zonasının yaradılması hədəflənməlidir".

Hafta.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ECO-nun 17-ci Zirvə görüşündə bildirib. Onun sözlərinə görə, ECO-ya üzv ölkələr arasında ticarət sazişi nəzərdən keçirilməli və həyata keçirilməlidir:

"ECO-ya üzv ölkələr arasında azad ticarət haqqında danışıqlar mümkün qədər tez başlamalı və ECO-da Azad Ticarət Zonası yaratmaq hədəflənməlidir".

M.Pezeşkian qeyd edib ki, ECO-nun dənizə çıxışı olmayan ölkələrinin açıq dənizlərə və dünya bazarlarına daha ucuz, qısa və asan çıxışı olmalıdır:

"Bu məsələdə İran və digər tranzit ölkələr mühüm rol oynayır. ECO ölkələri üçün liman və giriş-çıxış məntəqələrində yeni üstünlüklər və imtiyazlar nəzərdən keçirilə bilər. Liman və sərhəd məntəqələrində ECO-ya üzv ölkələrin logistika qovşaqları şəbəkəsi ən yüksək beynəlxalq standartlara uyğun olaraq qurulmalı və təchiz edilməlidir".

Seçilən
5
42
hafta.az

10Mənbələr