AZ

Ersin Tatar Xankəndi Zirvə görüşündə ŞKTC-yə dəstək xahiş edib

Kiprdə federasiya yaradılması təşəbbüsünün zamanı çoxdan keçib, beynəlxalq ictimaiyyət bunu qəbul etməlidir.

APA-nın Xankəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.

ŞKTC Prezidenti deyib ki, bu mövqeləri BMT Baş katibinə də çatdırılıb: “Bu mövqeyimiz qarşıda təşkil olunan görüşdə də tərəflərə çatdırılacaq”.
Ersin Tatar qeyd edib ki, ŞKTC-nin təcridinə son qoyulmalıdır: “ŞKTC-nin İqtisadi Əməkdaşlıq Təşkilatının üzvlərindən birmənalı dəstəyi gözlədiyimizi bəyan edirəm”.

Seçilən
6
50
apa.az

10Mənbələr