AZ

Pezeşkianla İmaməli Rəhman Xankəndidə görüşdü

Azərbaycanın Xankəndi şəhərində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla Tacikistan Prezidenti İmaməli Rəhman arasında görüş keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Tacikistan prezidentinin rəsmi internet saytında məlumat verilib. Görüş İƏT-in Xankəndidə keçirilən 17-ci Zirvə görüşü çərçivəsində baş tutub. Qeyd olunub ki, görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlığın cari məsələləri, həmçinin sammitin gündəliyi müzakirə edilib.

Tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən, onların inkişafı və genişlənməsindən məmnunluq ifadə ediblər.

Seçilən
4
44
buta.tv

10Mənbələr