AZ

Deputat: “17-ci zirvə görüşünün Xankəndidə keçirilməsi xüsusi əhəmiyyət daşıyır”

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində fəal mövqeyə malikdir. Ölkəmiz 1992-ci ildən ECO-nun üzvü olaraq təşkilat daxilində bir sıra vacib təşəbbüslərdə aktiv yer alır. Bununla da üzv ölkələrlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələri ilə yanaşı, digər zəruri istiqamətlərdə əməkdaşlığın formalaşmasına töhfə vermiş olur. Bu mənada, Azərbaycanın ECO ilə əməkdaşlığı iqtisadi əlaqələrlə yanaşı, mədəni, elmi, humanitar sahələri də əhatə edir. Məhz bu müstəvidə qurulan əməkdaşlıq regional inteqrasiya prosesləri ilə yanaşı ECO məkanında sülh, sabitlik və inkişaf naminə birgə çağırışları təşviq edir. ECO-nun 17-ci Zirvə görüşünün Azərbaycanın Xankəndi şəhərində keçirilir. 

Milli Məclisin deputatı Vüqar İsgəndərov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan bu təşkilata üzv olduğu gündən etibarən onun fəaliyyətinə mühüm töhfələr verir:

“Türkiyə, Pakistan və İran tərəfindən təsis olunan bu quruma sonradan digər region ölkələri də qoşulmuş və hazırda təşkilatda 10 dövlət fəaliyyət göstərir. Əsas məqsədi iqtisadi əməkdaşlığı inkişaf etdirmək olan ECO təşkilatı eyni zamanda turizm, kənd təsərrüfatı, humanitar və digər sahələri də əhatə edir. 

Təşkilat çərçivəsində keçirilən zirvə görüşlərində dövlət başçıları bir çox beynəlxalq məsələləri müzakirə edir, nəticələri təhlil edir və gələcəyə dair yeni hədəflər müəyyənləşdirirlər. Azərbaycan artıq iki dəfə ECO-nun zirvə görüşlərinə ev sahibliyi edib. 

17-ci zirvə görüşünün Xankəndidə keçirilməsi isə xüsusi əhəmiyyət daşıyır. Bu, yalnız texniki və ya təşkilati məsələ deyil, eyni zamanda mühüm siyasi mesaj da verir. Prezident İlham Əliyevin Xankəndini ev sahibi şəhər kimi müəyyən etməsi bir sıra hədəfləri özündə ehtiva edir”.

Deputat qeyd edib ki, ən başlıcası, bu addım Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha nümayiş etdirir:

“İşğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma, bərpa və inteqrasiya işləri, Xankəndinin müasir sənaye şəhərinə çevrilməsi artıq göz önündədir. 

Dost ölkələrin dövlət və hökumət başçılarının Qarabağa xüsusilə Xankəndiyə dəvət olunması həm bölgənin gözəlliyini, həm də Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir. Azərbaycanın hər hansı beynəlxalq təşkilatın üzvü olması və tədbirlərə ev sahibliyi etməsi həmin təşkilatın daha da güclənməsinə, inkişafına və yeni mərhələyə qədəm qoymasına şərait yaradır. Azərbaycanda keçirilən tədbirlər tez-tez digər sammit və görüşlər üçün nümunə kimi göstərilir. 

Əminik ki, ECO-nun 17-ci Zirvə Görüşünün Xankəndidə keçirilməsi və burada qəbul olunacaq qərarlar bu təşkilatın güclənməsinə, üzv ölkələrin regional və beynəlxalq nüfuzunun artmasına, eləcə də ECO-nun qlobal platformada mövqeyinin möhkəmlənməsinə töhfə verəcəkdir”.


Leyla Turan 
Demokrat.az
Seçilən
4
14
demokrat.az

10Mənbələr