İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 18-ci Zirvə görüşünün Əfqanıstanda keçirilməsi təklif olunub.
Moderator.az "Report"a istinadən xəbər verir ki, belə bir təklifi Əfqanıstanın baş nazirinin müavini Əbdül Qəni Baradar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə səsləndirib.
Onun sözlərinə görə, ECO-ya üzv ölkələr Əfqanıstana sərmayə qoya bilərlər:
"Ölkədə iqtisadiyyatın müxtəlif istiqamətlərində investisiyaların qoyulması üçün yaxşı şərait yaradılıb. Artıq xarici investorlar Əfqanıstan iqtisadiyyatına sərmayə qoymağa başlayıblar. Yəni Əfqanıstan investisiyalar üçün səmərəli ölkəyə çevrilib".
Ə.Baradar ECO-nun 18-ci Zirvə görüşünün Əfqanıstanda keçirilməsini təklif edib:
"Zirvə görüşünün paytaxt Kabildə keçirilməsi təşkilata üzv ölkələr arasında əməkdaşlıq üçün yeni səhifə açacaq".