AZ

Makron: İran məsələsində Putinlə əlaqə vacibdir- ÖZƏL

Fransa Prezidenti Emmanuel Makron İranla bağlı məsələləri müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxladığını bildirib. O, iki ölkə liderləri arasında bu dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
Olaylar.az xəbər verir ki,  "Putinə zəng etməyimin əsas səbəbi İran məsələsini və Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin qorunmasının vacibliyini müzakirə etmək idi. O, bu məsələdə əməkdaşlıq etməyə hazır olduğunu bildirdi. Bu razılığı almaq çox vacib idi, çünki Fransa da sabitliyin təmininə görə məsuliyyət daşıyır," - deyə Makron jurnalistlərə açıqlamasında bildirib. Onun çıxışı BFMTV telekanalı tərəfindən yayımlanıb.
Qeyd edək ki, Fransa və Rusiya prezidentləri 1 iyulda təxminən üç illik fasilədən sonra ilk dəfə telefonla danışıblar. Həm Kreml, həm də Yelisey sarayı bu danışığı "məzmunlu" kimi dəyərləndirib. 2022-ci ilin sentyabrına qədər Makron və Putin mütəmadi əlaqədə olsalar da, sonradan bu təmaslar dayanmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
26
olaylar.az

10Mənbələr