"Taliban" hökuməti İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ölkələrini Əfqanıstan İslam Əmirliyini rəsmi olaraq tanımağa çağırır.
"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Əfqanıstanın baş nazirinin müavini Əbdül Qani Baradar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.
Ə.Baradar xatırladıb ki, Rusiya “Taliban” idarəçiliyindəki Əfqanıstanı rəsmi olaraq tanıyıb.
"Biz ECO ölkələrini Əfqanıstanın siyasi reallığını qəbul etməyə və İslam Əmirliyinin legitimliyinin tanınması üçün praktik və müsbət addımlar atmağa çağırırıq", - o vurğulayıb.
Baş nazirin müavini əlavə edib ki, hökumət iqtisadi yönümlü xarici siyasətə sadiqdir, Əfqanıstanın iqtisadi inkişafında və birgə regional layihələrdə maraqlıdır.
Onun sözlərinə görə, Kabil həmçinin iqlim böhranı ilə mübarizəyə töhfə verməyə hazırdır.