AZ

PASHA Real Estate yeni dənizkənarı özəl yaşayış kompleksi Mardi Mekan layihəsini təqdim edir VİDEO

ain.az, Apa.az portalına istinadən məlumat verir.

PASHA Real Estate Xəzər sahilində Mərdəkan bağları ərazisində yerləşən, Mardi Mekan adlı eksklüziv və qapalı tipli yeni yaşayış kompleksini təqdim edir.

Sakitliyi və zərif həyat tərzini dəyərləndirənlər üçün nəzərdə tutulmuş Mardi Mekan kompleksi müasir memarlığı, ilboyu yaşamaq imkanını və dənizə özəl şəxsi çıxışı özündə birləşdirir — və bütün bunlar şəhər mərkəzindən cəmi 20 dəqiqəlik məsafədə yerləşən unikal bir məkanda.

Mardi Mekan — 46 eksklüziv villadan və məhdud sayda premium mənzillərdən ibarət, Xəzər dənizinə panoramik mənzərələr təqdim edən istirahət zonaları da mövcud olan, villa şəhərçiyidir. Hər bir yaşayış sahəsi təbii landşaft nəzərə alınaraq diqqətlə layihələndirilib və yüksək keyfiyyət, lüks və komfortlu həyat tərzi standartlarına tam cavab verir.

Mardi Mekan kompleksin əsas üstünlüklər:

Çimərliyə birbaşa çıxış

yalnız residentlərin daxil ola biləcəyiİstirahət və əyləncə sahələri

Açıq və qapalı idman zalları və hovuzlar

Rahatlığı öndə tutan iaşə obyektləri

24/7 mühafizə

Yaxınlıgda yerləşən təhsil ocaqları, ticarət/əyləncə mərkəzləri, tibb müəssisələri

Erkən satışlar mərhələsində unikal satış şərtləri mövcuddur: 25% ilkin ödəniş, faizsiz hissəli ödəmə planları. Mənzil və villaların təmir üçün təhvil verilməsi 2025-ci ilin sonuna planlaşdırılır.

Ətraflı məlumat almaq və ya Mardi Mekana özəl tur sifariş etmək üçün PASHA Real Estate satış komandasına müraciət edə bilərsiniz:

*2024 | +994 51 201 3232 | [email protected] | www.pasharealestate.az

PASHA Real Estate Group haqqında

PASHA Holding-in bir hissəsi olan PASHA Real Estate Group Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqroda daşınmaz əmlak aktivlərinin investisiyası, inkişafı, satışı, icarəsi, strateji idarəolunması və istismarı sahəsində ixtisaslaşıb.

Qrupun diversifikasiya olunmuş portfelinə lüks otellər, beynəlxalq səviyyəli kurortlar, kommersiya obyektləri, ticarət mərkəzləri, premium yaşayış layihələri və çoxfunksiyalı komplekslər daxildir.

Dürüstlük, keyfiyyət və müştəri məmnuniyyəti prinsipləri ilə fəaliyyət göstərən PASHA Real Estate Group daşınmaz əmlak sahəsində yeni standartlar müəyyənləşdirir və aktivlərin dəyərini qlobal miqyasda artırır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
28
apa.az

10Mənbələr