BAKI, 4 iyul. TELEQRAF
İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.
Teleqraf xəbər verir ki, sammitin iştirakçıları çıxışları sinxron tərcümə vasitəsilə dinləyiblər.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərkən maraqlı an yaşanıb. İran Prezidenti Məsud Pezeşkian Azərbaycan liderinin çıxışını tərcüməçi olmadan dinləyib.
O anın videosunu təqdim edirik:
Xatırladaq ki, Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistanın Prezidenti Emoməli Rəhmon, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir, Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov, Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qəni Baradar, Nigeriyanın büdcə və iqtisadi planlama naziri Abubakar Atiku Baqudu və başqa rəsmilər iştirak ediblər.