BAKI, 4 iyul. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı prosesdə irəliləyiş olmadığını bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə BFMTV kanalına müsahibəsində danışıb.
“Ukrayna məsələsində Paris və Moskva arasında fikir ayrılıqları qalır. Müzakirələrdə hər hansı irəliləyiş olduğunu deyə bilmərəm, çünki ilk növbədə atəşkəs razılaşmasına nail olmaq və danışıqları bərpa etmək lazımdır”, - Makron qeyd edib.
Fransa Prezidenti vurğulayıb ki, atəşkəs sülhə gedən yolu təmin edə bilər.