AZ

Azərbaycanda bir milyondan artıq diplom məlumatı analiz edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyin həyata keçirdiyi texniki təhlil nəticəsində Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilmiş 1,6 milyondan artıq diplom və FİN məlumatı analiz edilib.

Day.Az bildirir ki, Trend bu barədə İRİA-ya istinadən xəbər verir.

Məlumata görə, diplom məlumatları üzərində həyata keçirilən dürüstləşdirmə və zənginləşdirmə işləri nəticəsində ETN-də diplom məlumatlarının keyfiyyət göstəricisi 90%-ə çatdırılıb.

Eyni zamanda 50,000-dən çox diplom məlumatı işlənməsi üçün DİM-ə təqdim olunub.

Prosesin əsas məqsədi diplom məlumatlarının aktuallığını təmin etmək, uyğunsuzluqları aradan qaldırmaqdır. Eyni zamanda, bu tədbirlər "mygov" platformasına ötürülən məlumatların düzgünlüyünü də təmin etməklə vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətini yüksəltmiş olur. Məlumatların uyğunlaşdırılması və vahid sistemə inteqrasiyası həmçinin ETN və DİM arasında informasiya axınının dəqiqliyini və çevikliyini təmin edir. Bu da gələcəkdə məlumatların analitik təhlilini, inteqrasiyasını və qərarların daha məlumatlı şəkildə verilməsini mümkün edəcək.

Seçilən
15
50
day.az

10Mənbələr