Pentaqon rəhbəri Pit Heqset birtərəfli qaydada Ukraynaya hərbi yardımı dayandırmaq qərarına gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Qeyd olunub ki, ABŞ Müdafiə Nazirliyinin rəhbəri artıq üçüncü dəfədir ki, belə bir qərar qəbul edir.
2025-ci ilin fevral və may aylarında onun qərarı bir neçə gün sonra ləğv edilib.
Qeyd olunur ki, Heqsetin siyasi məsələlər üzrə müavini Elbridge Kolbi də ABŞ-nin Ukraynadakı münaqişədə iştirakının azaldılmasının tərəfdarı olduğu üçün bu qərarı dəstəkləyib.
Adı açıqlanmayan digər rəsmilər vurğulayıblar ki, Kiyevə döyüş sursatı göndərilməsinin dayandırılması barədə qərar ABŞ-nin anbarlarındakı silahların tükənməsi səbəbindən verilməyib. Onların sözlərinə görə, ehtiyatlar azalıb, lakin kritik minimuma çatmayıb.