AZ

Entoni Elanqa üçün danışıqlar yenidən başlayıb

"Nyukasl" "Nottingem Forest" klubunun isveçli hücumçusu Entoni Elanqanı heyətinə qatmaq üçün danışıqları davam etdirir.

90deqiqe.Az-ın məlumatına görə, ilk 52 milyon avroluq təklifdən sonra "sağsağanlar" 63 milyon avro təklif edib və bu, tərəflər arasında danışıqların yenidən başlanmasına səbəb olub.

Entoni Elanqa 2023-cü ildə "Mançester Yunayted"dən "Nottingem Forest"ə transfer olunub. 23 yaşlı futbolçu ötən mövsümdə müxtəlif mövqelərdə, o cümlədən yarımmüdafiədə olmaqla, 43 oyunda 6 qol vurub və 12 məhsuldar ötürmə edib.

Seçilən
5
48
90deqiqe.az

10Mənbələr