AZ

Üç quruma məxsus nəqliyyat vasitələri hərraca çıxarılır

BAKI, 4 iyul. TELEQRAF

Avqustun 26-da Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Diasporla İş Üzrə Dövlət Komitəsi, Hesablama Palatası və Nazirlər Kabinetinin İşlər Müdirinə məxsus toplam 6 nəqliyyat vasitəsi hərraca çıxarılacaq.

Teleqraf xəbər verir ki, nəqliyyat vasitələri 2006, 2014 və 2018-ci il istehsalıdır. Hərracda start qiymətləri isə 5 200 manatdan 21 500 manata qədər dəyişir.

Qeyd edək ki, hərracda iştirak etmək üçün əvvəlcədən 10 faiz beh tələb olunur.

Seçilən
9
4
teleqraf.com

10Mənbələr