Bakı, 4 iyul, AZƏRTAC
Cari ildən etibarən “Rəqəmsal məktəb” platforması Bakı şəhərinin ümumi təhsil müəssisələrində istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyinin 2024-2025-ci tədris ilinə dair hesabatında yer alıb.
Məlumatda qeyd olunub ki, “Rəqəmsal məktəb” təhsil sistemində müasir texnologiyaların tətbiqini təmin edir, tədris və idarəetmə proseslərini təkmilləşdirir, şəffaflığı artırır. Məqsəd təhsilin keyfiyyətini yüksəltmək və müəllim–şagird arasında interaktiv əlaqəni gücləndirməkdir.
Hazırda platforma 30 mindən çox pedaqoji heyəti və 500 mindən artıq şagirdi əhatə edir.
Platformanın ölkə üzrə tətbiqi gələcək mərhələlərdə nəzərdə tutulub.