AZ

Niko Uilyams “Barselona”nın planlarını pozub

“Barselona” uzun müddətdir transferi üzərində çalışdığı “Atletik”in cinah hücumçusu Niko Uilyamsın müqaviləsini 2035-ci ilə qədər uzatmasından xəbərsiz olub.

90deqiqe.Az-ın “RAC1”ə istinadən yaydığı xəbərə görə, 22 yaşlı futbolçunun yeni müqaviləsi ilə bağlı qərarı katalon klubuna rəsmi şəkildə elan olunana qədər məlum olmayıb. Lakin “Barsa” rəhbərliyi son günlərdə transferin pozulacağı ilə bağlı müəyyən şübhələr keçirməyə başlamışdı.

Xəbərdə qeyd olunur ki, bu qərardan sonra artıq “Barselona” üçün Niko Uilyamsla bağlı qapılar tamamilə bağlanıb.

Qeyd edək ki, daha əvvəl İspaniya mətbuatı Kataloniya klubunun Uilyamsla danışıqları yekun mərhələyə çatdırdığını və “Atletik”ə onun sərbəst qalma məbləği olan 58–62 milyon avronu ödəməyə hazır olduğunu bildirmişdi. Həmçinin futbolçunun da “Barselona”ya keçməyə israrlı olduğu qeyd edilirdi.

Seçilən
3
46
90deqiqe.az

10Mənbələr