AZ

“Napoli” Zambo-Angissa ilə yeni müqavilə imzaladı

“Napoli” yarımmüdafiəçisi Andre Zambo-Angissa ilə yeni müqavilə imzalayıb.

90deqiqe.Az-ın məlumatına görə, tərəflər əməkdaşlığın daha bir il uzadılmasını nəzərdə tutan opsiyanı aktivləşdirib. Bununla da kamerunlu futbolçunun müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə olacaq.

29 yaşlı Zambo-Angissa Neapol klubuna 2022-ci ilin yayında İngiltərənin “Fulhem” komandasından transfer olunmuşdu. O, geridə qalan mövsümdə “Napoli”nin heyətində 37 oyuna çıxaraq 6 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Baş məşqçi Antonio Kontenin rəhbərliyi altında “Napoli” 2024/2025 mövsümünü A Seriyasının çempionu kimi başa vurub. Zambo-Angissa isə bu uğurda əsas pay sahiblərindən biri olub.

Seçilən
8
3
90deqiqe.az

10Mənbələr