“Əl-Qadisiyah” klubu “Atalanta”nın hücumçusu Mateo Retegini transfer etmək istəyir.
90deqiqe.Az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı təmsilçisi 25 yaşlı hücumçunun keçidi üçün 50–60 milyon avro aralığında vəsait ayırmağa hazırdır. Tərəflər arasında artıq danışıqlar başlayıb.
İtaliya millisinin də formasını geyinən Retegi 2024/2025 mövsümündə A Seriyada 36 oyuna 25 qol vuraraq liqanın bombardiri olub.
“Forza Atalanta” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədə olan forvardın hazırda “Transfermarkt” portalı üzrə bazar dəyəri 45 milyon avro təşkil edir.