Bakı. Trend:
Azərbaycan-İran əlaqələrində yeni səhifə açılıb.
Trend xəbərverir ki, bunu iyulun 4-də Xankəndidə İran İslam RespublikasınınPrezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevlə görüşünda deyib.
İran İslam Respublikasının Prezidenti də İqtisadi ƏməkdaşlıqTəşkilatının Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görətəbriklərini çatdırdı.
Azərbaycana rəsmi səfərini və keçirilmiş görüşləri məmnunluqlaxatırlayan Məsud Pezeşkian səfərin nəticəsi olaraq Azərbaycan-İranəlaqələrində yeni səhifənin açıldığını vurğuladı, bu xüsusda, artıqBakı ilə Tehran, Bakı ilə Təbriz arasında təyyarə reyslərininartırılmasını, Ağbənd-Kəlalə avtomobil yolu körpüsünün tikintisiistiqamətində işlərin aparılmasını qeyd etdi və digər sahələrdəəməkdaşlıq məsələlərinə toxundu.
İran Prezidenti İsraillə baş vermiş qarşıdurma zamanıAzərbaycanın göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığınıbildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə, həmçinin ECOçərçivəsində əlaqələrin genişləndirilməsinə dair ətraflı fikirmübadiləsi aparıldı.