Bakı. Trend:
Azərbaycan həmişə haqq-ədalətin tərəfdarı olub.
Trend xəbərverir ki, bunu iyulun 4-də Xankəndidə Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti MəsudPezeşkianla görüşündə deyib.
Məsud Pezeşkianın bu ilin aprelində ölkəmizə rəsmi səfərininikitərəfli əlaqələrimizdə yeni səhifə açdığını vurğulayan Prezidentİlham Əliyev həmin səfər zamanı müzakirə olunan mövzuların həyatakeçirilməsi üçün hökumətlərarası komissiyanın rəhbərləri vəaidiyyəti dövlət qurumları tərəfindən ardıcıl surətdə işlərinaparıldığını qeyd etdi.
Dövlətimizin başçısı İsraillə İran arasında qarşıdurmanın başverməsindən dərhal sonra İrana qarşı olan bu hərəkətlərinAzərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindənqınanıldığını bildirdi. Prezident İlham Əliyev bu qarşıdurmadaİranın rəsmi və mülki şəxslərinin həlak olması ilə əlaqədar birdaha Azərbaycan tərəfinin İran xalqına başsağlığını çatdırdı,Azərbaycan dövlətinin və xalqının İran dövləti və xalqı iləhəmrəyliyini, dəstəyini ifadə etdi. Dövlətimizin başçısıAzərbaycanın həmişə haqq-ədalətin tərəfdarı olduğunu vurğuladı.Prezident İlham Əliyev qeyd etdi ki, müsəlman ölkələri, o cümlədənqonşu dövlətlər ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanınxarici siyasətində prioritet istiqamətlərdən biridir.