Liderlər Ukraynanın hava məkanının müdafiəsini gücləndirmək üçün razılığa gəliblər
ABŞ Prezidenti Donald Tramp, Rusiya lideri Vladimir Putinlə danışdıqdan bir gün sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə də telefon əlaqəsi qurub.
Sherg.az xəbər verir ki, Zelenski, ABŞ-ın Müstəqillik Günü münasibətilə təbriklərini çatdıraraq, görüşü “çox əhəmiyyətli və məhsuldar” adlandırıb. O, Amerikanın dəstəyinə görə təşəkkür edib və belə deyib:
“Cinayətləri dayandırmaq və ədalətli, qalıcı sülhü təmin etmək üçün ABŞ-la birlikdə çalışırıq.”
Zelenski, həmçinin cəbhə bölgəsindəki vəziyyət və Rusiyanın hava hücumları barədə Trampa məlumat verib. Liderlər Ukraynanın hava məkanının müdafiəsini gücləndirmək üçün birgə əməkdaşlıq barədə razılığa gəliblər.
Zelenski əlavə edib ki, ABŞ ilə müdafiə sənayesi sahəsində birgə istehsal və layihələr üzrə əməkdaşlığa tam hazırdırlar.