AZ

Silah saxlamaqda və qəsbdə ittiham olunan Dağıstanın rayonlarından birinin keçmiş rəhbərinə hökm oxunub

Məhkəmə Dağıstanın Untsukul rayonunun keçmiş rəhbəri Şamil Maqomedovu silah saxlamaqda və hədə-qorxu ilə pul tələb etməkdə ittiham edərək 7,5 il müddətinə azadlıqdan məhrum edib.

Bakues.az xəbər verir ki, bu barədə Dağısatn məhkəmələrinin birləşmiş mətbuat xidmətindən bildirilib.

İş materiallarına görə, 2012-ci ilin iyun ayında təqsirləndirilən şəxs Mahaçqaladakı evində saxladığı odlu silahı qanunsuz əldə edib.

Həmçinin istintaqın məlumatına əsasən, o, 2011-ci ilin mart ayında Dərbənd rayon sakinindən xüsusiilə külli miqdarda pul tələb etmək məqsədi ilə “Qimrinskaya” mütəşəkkil cinayətkar qrupunun rəhbəri ilə cinayət əlaqəsinə girib.

Seçilən
21
50
icma.az

10Mənbələr