AZ

Ərdoğan, Şərif və Əliyevin əl-ələ mühüm mesajı

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Pərviz Şərif Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasının qarşısında bir araya gəliblər.

Sitat.info xəbər verir ki, üç ölkə liderinin əl-ələ tutaraq səmimi söhbət etmələri diqqətdən yayınmayıb.

Şahbaz Şərif "Türkiyə, Azərbaycan və Pakistan zindəbad" deyərək, üç ölkənin birliyini və həmrəyliyini qeyd edib.

Ərdoğan və İlham Əliyev isə "Maşallah" deyərək, qarşılıq verib.

Seçilən
9
50
sitat.info

10Mənbələr