AZ

Rusiya səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırıldı

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfirə Rusiya rəsmilərinin və ekspertlərinin Ermənistandakı daxili siyasi vəziyyətlə bağlı bəyanatlarına etiraz notası təqdim edilib. .

Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “İrəvan diplomatik kanallar vasitəsilə Moskvaya Rusiya mediasındakı qeyri-dost ritorikaya və Rusiya Federasiyasının bəzi nümayəndələrinin bəyanatlarına qəti etirazını çatdırıb. Buna səbəb Ermənistanda baş verən son siyasi proseslərə Rusiya mediasında və ekspert birliyində səslənən tənqidi qiymətlər olub".

İyunun 30-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya siyasətçiləri, rəsmiləri və ekspertlərini respublikanın daxili işlərinə qarışmamağa çağırıb.

Seçilən
23
48
teleqraf.com

10Mənbələr