AZ

Türkiyədəki meşə yanğınlarını kim törədir?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası ölkədəki meşə yanğınlarının Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəsi olan qrup tərəfindən törədildiyi barədə xəbərləri təkzib edib.

Bəzi sosial media istifadəçiləri İzmir, Manisa və Hatayda baş verən meşə yanğınlarının PKK ilə əlaqəli olduğunu iddia edib. “Heç bir nəticəyə əsaslanmayan iddiaları siyasi materiala çevirmək yanğınların özü qədər təhlükəli olan dezinformasiyadır”, – Türkiyə administrasiyasının dezinformasiyaya qarşı mübarizə mərkəzi X sosial şəbəkəsində bildirib.

Qeyd edək ki, son günlər Türkiyənin bir neçə vilayətində baş verən meşə yanğınları nəticəsində 2 nəfər ölüb, 500-dən çox insan yaralanıb, Səhiyyə naziri Kamal Memişoğlu bildirib. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya 50 mindən çox sakinin təxliyə edildiyini bildirib.

Kürdüstan Fəhlə Partiyası Türkiyədə kürdlərin milli hüquqlarını qorumaq üçün 1978-ci ildə yaradılıb. Partiya 1984-cü ildən Türkiyənin rəsmi rəhbərliyinə qarşı hərbi partizan mübarizəsi aparmağa başlayıb və respublikanın tərkibində kürd muxtariyyətinin yaradılmasının tərəfdarı olub. 2000-ci illərin əvvəllərində Türkiyə, Aİ və ABŞ-da terror təşkilatı kimi tanınıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
17
3
editor.az

10Mənbələr