AZ

"Hayduk" 105 dəqiqə oynadı, 1 qol vurdu

BAKI. 4 iyul. TELEQRAF

"Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Xorvatiya "Hayduk"u Sloveniyadakı təlim-məşq toplanışında ikinci yoxlama matçına çıxıb.

Teleqraf xəbər verir ki, rəqib yerli "Radomlye" komandası olub.

Görüş "Hayduk"un qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 48-ci dəqiqədə Mişel Şeqo vurub. Qarşılaşmanın ilk yarısı 60 dəqiqə, ikinci hissə 45 dəqiqə davam edib.

Bu, "Hayduk"un Sloveniya toplanışında ikinci oyunu olub. Daha əvvəl Bolqarıstanın MOİK (Sofiya) komandası üzərində də eyni hesablı qələbə qazanılıb.

Split təmsilçisi hazırlığının növbəti mərhələsini doğma "Polyud" stadionunda keçirəcək. İyulun 12-də yerli "Posuşye", iyulun 18-də Avstriyanın LASK klubu ilə yoxlama oyunu keçiriləcək.

Qeyd edək ki, "Zirə" "Hayduk"la iyulun 23-də evdə, iyulun 31-də səfərdə üz-üzə gələcək.

Seçilən
8
4
teleqraf.com

10Mənbələr