Şəmkirdə 3 uşağın suda boğulmasının bəzi təfərrüatları məlum olub...
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qədimqala kəndinin sakinləri olan, 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu və əmisi oğulu, 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğlu birlikdə suni göldə çimməyə gediblər.
Ehtimallara görə, 4 yaşlı İ.Nadirli suda batıb, bu zaman iki qardaş onu xilas etməyə çalışsalar da, onlar da suda boğulublar.
Qeyd edək ki, onların valideynləri kənddə əkin-biçinlə məşğuldur.
Xatırladaq ki, Şəmkir rayonunun Qədimqala kəndində 3 nəfərin göldə batması barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyi (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb və hər 3 uşağın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
Şəmkir rayonunun Qədimqala kəndində 3 nəfərin göldə batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.
Bu barədə Poliqon-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, axtarışlar nəticəsində göldə batmış 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu və 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğlunun meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin nəzarətsiz qoyulmamasına, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə və çimərlik kimi nəzərdə tutulmayan kanal, arx, göl və digər su hövzələrindən istifadə olunmamasına çağırır.
***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Qədimqala kəndində 3 nəfərin (uşaq) göldə batması barədə məlumat daxil olub.
FHN-dən Poliqon-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
***
Şəmkir rayonunda 3 nəfər çayda batıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkirçayın Təzəkənd ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, 2018-ci il təvəllüdlü R.Nadirli, 2021-ci il təvəllüdlü N.İsmayıl və 2016-cı il təvəllüdlü F. Nadirlinin çayda batdığı ehtimal olunur.
Əraziyə FHN əməkdaşları cəlb olunub.
Poliqon.info