Türkiyənin 12 vilayətində 65 meşə yanğını ilə bağlı ümumilikdə 44 şübhəli saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"də yazıb.
O bildirib ki, saxlanılanlardan 10-u həbs olunub.
Nazir yanğınların söndürülməsi istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb.