AZ

Türkiyədə meşə yanğınlarının arxasında PKK durur?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası ölkədəki meşə yanğınlarının PKK terror təşkilatı ilə əlaqəsi olan qrup tərəfindən törədildiyini təkzib edib.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzinin "X" sosial şəbəkəsində açıqlamasında bildirilir.

Qeyd edək ki, bəzi sosial media istifadəçiləri İzmir, Manisa və Hatayda baş verən meşə yanğınlarının PKK ilə əlaqəli olduğunu iddia edib.

"Heç bir nəticəyə əsaslanmayan bəyanatların siyasi materiala çevrilməsi yanğınların özü qədər təhlükəli olan dezinformasiyadır", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, son günlər Türkiyənin bir neçə vilayətində baş verən meşə yanğınları nəticəsində iki nəfər ölüb, 500-dən çox insan yaralanıb, 50 mindən çox sakin təxliyə edilib.

Seçilən
0
3
moderator.az

10Mənbələr