AZ

Evinə polis çağıran gənc 20 ci mərtəbədən patrul maşınının üstünə düşdü VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Hündürmətrəbəli binaların birində gənc 20-ci mərtəbədən patrul maşının üzərinə düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın kurort şəhəri olan Anapada baş verib.

Belə ki, hündürmərtəbəli yaşayış binalarının birinin 20-ci mərtəbəsində yaşayan 23 yaşlı gənc əvvəlcə polis çağırıb, sonra isə mənzilin pəncərəsinə çıxaraq qışqırıb. Bu zaman hadisə yerinə polis əməkdaşları gəlib. Lakin polislər yuxarı çıxmamış gənc pəncərədən yıxılıb və patrul avtomobilinin kapotunun üzərinə düşüb. Ağır yaralanan 23 yaşlı gənc xəstəxanaya aparılsa da,  yolda dünyasını dəyişib. Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır.

Sözügedən hadisənin görüntülərini təqdim edirik:

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
16
avtosfer.az

10Mənbələr