AZ

"538 nəfər meşə yanğınlarından təsirlənib"

Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu, indiyədək 538 nəfərin meşə yanğınlarından təsirləndiyini açıqlayıb. Nazir bildirib ki, hazırda biri ağır olmaqla 3 xəstə müalicə altındadır, 2 vətəndaş isə həyatını itirib.

Redaktor.az xəbər verir ki, Kamal Memişoğlu bu fikirləri Girəsun Valiliyinə etdiyi səfər zamanı jurnalistlərə açıqlamasında səsləndirib.

Nazir əlavə edib ki, qida rejimi və sağlam qidalanma məsələsi də Türkiyədə ciddi problem olaraq qalır və bu istiqamətdə mübarizənin gücləndirilməsinə ehtiyac var.

Tütün və siqaret istifadəsinə qarşı cəmiyyət və səhiyyə işçilərinin birgə səfərbərliyi zəruri olaraq vurğulanıb.

Kənan YUSİF 

 

Seçilən
4
32
redaktor.az

10Mənbələr