23:25 04.07.2025
23:25 04.07.2025
Şəmkirdə 3 uşağın suda boğulmasının bəzi təfərrüatları məlum olub.
Mynews.az xəbər verir ki, rayonun Qədimqala kəndinin sakinləri olan, 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu və əmisi oğulu, 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğlu birlikdə suni göldə çimməyə gediblər.
Ehtimallara görə, 4 yaşlı İ.Nadirli suda batıb, bu zaman iki qardaş onu xilas etməyə çalışsalar da, onlar da suda boğulublar.
Qeyd edək ki, onların valideynləri kənddə əkin-biçinlə məşğuldur.