AZ

UEFA-dan bu kluba ağır cəza

UEFA "Zirə"nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Xorvatiyanın "Hayduk" klubunu cərimələyib.
ONN media xəbər verir ki, səbəb Split təmsilçisinin maliyyə feyr-pleyi qaydalarını pozmasıdır.
Klub 300 min avro cərimə ödəməlidir. Bu məbləğ birbaşa verilməyəcək, UEFA-nın mükafat fondundan çıxılacaq. "Hayduk" 1,2 milyon avroluq ümumi cərimədən yayınmaq üçün növbəti üç ildə maliyyə nəticələrini yaxşılaşdırmalıdır.
UEFA-dan bildirib ki, "Hayduk" sabitlik tələblərinin yerinə yetirilməməsinə görə sanksiya ilə üzləşib. Bu, klubların lisenziyalaşdırılması və maliyyə dayanıqlılığı üzrə reqlamentin müvafiq maddələrində nəzərdə tutulub. Xüsusən, "futboldan gəlir" qaydası yerinə yetirilməyib. 2024/2025 mövsümündə Split təmsilçisi defisitlə üzləşib.
Qeyd edək ki, "Zirə" "Hayduk"la ilk oyununu iyulun 23-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək
Seçilən
11
27
onn.az

10Mənbələr