AZ

İtalyan getdi, azərbaycanlı bu komandaya yeni baş məşqçi təyin olundu

Qadın voleybolçulardan ibarət "Milli Aviasiya Akademiyası"nın yeni baş məşqçisi məlum olub.

Sportinfo.az xəbər verir ki, komandanı Emin Əbilov çalışdıracaq.

Hələlik onunla bağlanan müqavilənin detalları açıqlanmayıb. O, bu vəzifədə italiyalı Covanni Torikonu əvəzləyib.

Əbilov ötən mövsüm "Milli Aviasiya Akademiyası"nda köməkçi məşqçi kimi çalışıb.

Emin Əbilov uzun illər qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi və Sultanlar Liqasında mübarizə aparan “Sarıyer Belediyespor” klubunda eyni vəzifədə çalışıb.

Seçilən
25
50
sportinfo.az

10Mənbələr