AZ

Çelsi yarımfinala adladı Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

ABŞ-də təşkil olunan klublararası dünya çempionatında 1/4 finalın daha bir görüşü baş tutub.

Fanat.Az xəbər verir ki, London “Çelsi”si Braziliyanın “Palmeyras” komandası ilə qarşılaşıb.

İngiltərə nəhəngini 2:1 hesabı ilə məğlub edib. Matçda hesabı erkən açan "Çelsi" 16-cı dəqiqədə Koul Palmerin qolu ilə önə keçib. İkinci hissənin əvvəlində, 53-cü dəqiqədə braziliyalılar Estevaonun qolu ilə tarazlığı bərpa ediblər. Ancaq "zadəganlar" matçın sonlarına yaxın yenidən üstünlüyə yiyələniblər. "Palmeyras"ın qapıçısı Vevertonun 83-cü dəqiqəyə təsadüf edən avtoqolu həlledici olub. Beləliklə, 2:1 hesabı ilə qalib gələn "Çelsi" yarımfinala adlayan tərəf olub.

İngiltərə təmsilçisi yarımfinalda da Braziliya təmsilçisi ilə qarşılaşacaq. Londonlular finala vəsiqə uğrunda “Fluminense” ilə üz-üzə gələcək. Oyun 8 iyunda baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
17
fanat.az

10Mənbələr