BAKI, 5 iyul. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Kür çayının Sabirabad rayonu, Ulacalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.