"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin Avstriyada məşq zamanı vurduğu qol sosial medianın Azərbaycan seqmentində az qala virala çevrilib.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Şahruddin özünün "Instagram" səhifəsində vurduğu qolun videosunu paylaşıb. Bu zaman o, zarafatından qalmayıb və İspaniya nəhəngi "Real Madrid"ə çağırış edib.
O, paylaşıma "Real Madrid", call me" ("Real Madrid", mənə zəng et) sözlərini yazıb.