Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün keçirildiyi Xankəndi şəhəri ilə bağlı video paylaşıb.
Milli.Az xəbər verir ki, paylaşımda deyilir:
"Azərbaycanın işğaldan azad edilmiş qədim Xankəndi şəhərinin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə iclasına ev sahibliyi etməsi görüşümüzə xüsusi əhəmiyyət və məna verdi".
Milli.Az