Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Arsenal" yarımmüdafiəçisi Etan Nvaneri ilə yeni müqavilə üçün danışıqlar aparır.
Fanat.Az xəbər verir ki, "The Athletic" danışıqların "həssas mərhələ"də olduğunu, gənc oyunçunun rəhbərliyin ilk təklifindən imtina etdiyini bildirib.
Mənbənin məlumatına görə, müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq Nvaneri klubda qalmaq istəsə də, 18 yaşlı futbolçunun istəkləri böyükdür. "Arsenal"ın akademiyasının məzunu olan Nvaneri ilk peşəkar müqaviləsində əhəmiyyətli bir maaş artımı gözləyir. Üstəlik, yeni təklif onun Avropa futbolunun ən perspektivli yeniyetmələrindən biri statusunu əks etdirəcək.
Ötən mövsüm o, əsas komandanın heyətində 37 oyun keçirib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.