Sabirabadda 19 yaşlı oğlan Kür çayında boğulub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Ulacalı kənd sakini, 2006-cı il təvəllüdlü (19 yaş) Məmiyev Eldəniz Cabir oğlu Kür çayının kəndin ərazisindən keçən hissəsində çimərkən suda boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.