AZ

“Neftçi”dən gələn müdafiəçini pambıq tarlasında VİDEOya çəkdilər

Premyer Liqanın debütantı "İmişli" növbətini transferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi Azər Salahlı ilə 1 illik müqavilə imzalayıb.

Son mövsümü "Neftçi"də keçirmiş müdafiəçi sosial şəbəkədə xüsusi hazırlanmış videoçarxla təqdim olunub.

31 yaşlı futbolçu Azərbaycan çempionatlarında 200 matçda 9 qola imza atıb. O, “Neftçi”də 77 (3 qol), “Şamaxı”da 62 (4 qol), “Sumqayıt”da 55 (2 qol), “Qarabağ”da 6 oyun keçirib.

Seçilən
10
50
sportinfo.az

10Mənbələr