AZ

Sabirabadda çayda boğulan gəncin meyiti tapılıb - Yenilənib

Sabirabadda çayda boğulan gəncin meyiti tapılıb...

“Report”un Aran bürosunun məlumatına görə, Kür çayında çimərkən boğulan kənd sakini 2006-cı il təvəllüdlü Məmiyev Eldəniz Sabir oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Kür çayının Sabirabad rayonu, Ulacalı kəndindən keçən hissəsində 1 nəfər batıb.

Poliqon  xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Poliqon.info

Seçilən
15
23
poliqon.info

10Mənbələr