Abbasov Əli Feyzulla oğlu. Naxçıvan Muxtar Respublikasının deputatı. Bu üzdəniraq deputat 25 iyun 2025-ci tarixində toydan çıxarkən öz keçmiş katibəsini bir neçə işçi ilə birlikdə evlərinə gətirib. Bu zaman öyrənib ki, katibə Yusifova Səriyyə Kərəm qızının həyat yoldaşı evdə yoxdur. Buna görə də fürsəti dəyərləndirərək gec saatlarda yenidən katibənin evinə zorla girərək, ona qarşı qeyri-etik hərəkətlər etməyə başlayıb. Həmin vaxt katibənin əri Yəhya evə gələrək Əli Abbasovu evində görmüşdür. Bu vaxt Əli Abbasov evdən qaçaraq canını qurtarmış və evlərinə getmişdır.
Səriyyənin yoldaşı Yahya bıçaq götürərək, onun evinə gəlmişdir. Mübahisə zamanı Əli Abbasovun xalası oğlu bıçaqla yaralanmışdır. Nəticə olaraq katibənin əri Yəhya həbs edilmişdir.
Çox təəssüf ki, hazırda bu deputat çox rahatlıqla gəzir və özünü elə aparır ki, guya, buna şər edirlər. Halbuki bu saxta deputat Şərur şəhər fizika-riyaziyyat təmayüllü liseydə direktor vəzifəsində işləyərkən qanunsuz əmrləri ilə məhşurlaşmışdır.
Belə ki, o, Şərur rayon Yenicə kəndində direktor vəzifəsində işləyərkən naməlum səbəbdən gecə ilə Bakı şəhərinə qaçmış və 7-8 ay sonra yenidən qayıtmışdıt. Və qanunsuz olaraq, imtahandankənar Yengicə kəndinə müəllim təyin edilmiş, sonra metodist, Şərur rayon Kosacan kənd tam orta məktəbində direktor əvəzi, daha sonra isə Şərur rayon Fizika-riyaziyyat təmayüllü liseyə direktor vəzifəsinə təyin edilib.
Liseydə direktor işlədiyi müddətdə imtahansız tərbiyəçi müəllim, laborant təyinatı əmrlər vermişdir. Hətta Təhsil Nazirliyinin yoxlama aparan komissiya üzvlərinə əmrlər kitabını təqdim etməkdən imtina etmişdir.
Naxçıvan deputatı Əli Abbasov o qədər harınlayıb ki, bütün günü içkili vəziyyətdə yeni aldığı "Mercedes" markalı avtomobili ilə rayonda şütüyür.
Bu deputat bütün günü liseydə gənc xanımlarla şənlənərək, bir dəfə də olsun dərslərə girməmişdir.
O, harada işləyibsə, ordakı xanımlarla qeyri-səmimi münasibətlər qurmağa çalışmışdır.
2022-ci ildə içki məclislərində dediyinə görə, 50 min manata yaxın pul verərək, qanunsuz yollarla deputat seçilmişdir.
Çox təəssüf ki, bu deputatın hərəkətlərinə hüquq mühafizə orqanları hələ də göz yumur.
Müəllif: Yusifova Simuzər Əziz qızı
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.