AZ

Kürdə boğulan 19 yaşlı gəncin meyiti tapılıb

Kürdə

Kür çayının Sabirabad rayonu, Ulacalı kəndindən keçən hissəsində 1 nəfər batıb.

Reyting.az 
xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Axtarışla kənd sakini 2006-cı il təvəllüdlü Məmiyev Eldəniz Sabir oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Seçilən
12
33
reyting.az

10Mənbələr